Malın Nisbi Qiyməti

bir mala başqa mala görə verilən qiymətdir.
Malın Mənşə Ölkəsi
Malın Realizasiya Yeri
OBASTAN VİKİ
İnhisar qiyməti
İnhisar qiyməti — oliqopoliya, inhisarçı rəqabət və inhisarçılıq şəraitində mükəmməl rəqabətin bazar qiymətindən kənara çıxan malların qiyməti. Firmanın öz məhsullarının qiymətinə təsir etmək qabiliyyətinə bazar gücü deyilir. Bazar gücünə malik olan firmalara qiymət istehsalçıları deyilir. Bazar gücündən istifadə edərək, inhisarçı hazır məhsulun qiymətlərini rəqabətqabiliyyətli qiymətlərdən yuxarı, onların istehsalı üçün xammalın qiymətini rəqabətqabiliyyətli qiymətlərdən aşağı təyin etməklə inhisar mənfəəti əldə edir. Bazar hakimiyyəti rəqiblərin inhisarlaşdırılmış bazara daxil olmasına mane olan təbii və ya hüquqi (lisenziya, ixtira patentləri və elmi-texniki inkişaf) maneələrin yaranması nəticəsində rəqabət aparan firmaların yığılması (almaq, sənaye holdinqlərinin yaradılması, trestlərin təşkili) yaranır və müxtəlif üsullarla həyata keçirilir: qiymət razılaşması (künc, kartel), məhv və ya satınalma. İnhisar qiymətləri siyasəti bazar mexanizmlərinin deformasiyasına və iqtisadi səmərəliliyin və vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır: inhisarçı tərəfindən malların tədarükü azdır və onların qiymətləri mükəmməl rəqabət şəraitində olduğundan daha yüksəkdir. Buna görə də dünyanın demək olar ki, bütün ölkələrində dövlətin antiinhisar qanunları əksər bazarların inhisarlaşdırılmasını qadağan edir. Rusiyada antiinhisar iqtisadi, inzibati və qanunvericilik tədbirlərinin həyata keçirilməsi və antiinhisar qanunlarına riayət olunmasına nəzarət funksiyaları Federal Antiinhisar Xidməti tərəfindən həyata keçirilir.
Nisbi URL
Nisbi URL – cari sənədlə eyni bir kataloqda olan sənədin birformalı resurs göstəricisi (URL). Məsələn, əgər veb-səhifədə <a href=“doc1.html”> istinadı varsa, onda doc1.html sənədi cari səhifənin yerləşdiyi kataloqda axtarılacaq. Əgər hər iki faylı başqa bir kataloqa, yaxud ayrı-ayrı kompüterlərə köçürsəniz, istinad yenə də düzgün işləyəcək. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi geoxronologiya
Nisbi hündürlük
Nisbi hündürlük- Yer səthində iki və ya bir neçə nöqtənin bir-birindən şaquli xətt üzrə olan məsafəsinə deyilir. Nisbi hündürlüyü ölçəndə dəniz səviyyəsi nəzərə alınmır, dərənin dibi, dağın ətəyi və ya zirvəsi sıfır götürülür və başqa bir səviyyəyə nisbətən hesablanır. Məsələn, Azərbaycanda Bazardüzü dağının Babadağına nisbətən hündürlüyünü hesablamaq üçün birincinin hündürlüyündən (4466 metrdən) ikincinin hündürlüyünü (3629 metri) çıxıb nisbi hündürlüyün 837 metr olduğunu tapmaq olar.
Nisbi hərəkət
Nisbi hərəkət (ing. Relative velocity) – seçilmiş hesablama nöqtəsinə nəzərən ölçülən yerdəyişmə. Məsələn, siçanın göstəricisi ekranda yerini dəyişdikdə onun yeni yerinin koordinatları göstəricinin əvvəlki yerinə nəzərən nisbidir. Kompüter qrafikasında və kinematoqrafiyada nisbi hərəkət bir obyektin başqasına nəzərən yerdəyişməsidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi kəmiyyətlər
Nisbi kəmiyyətlər — Nisbi kəmiyyət sosial-iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. İki mütləq kəmiyyətin müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. Nisbi kəmiyyətlərin ən sadə forması bir kəmiyyətin digər eyni keyfiyyətli kəmiyyətdən neçə dəfə çox və ya az olduğunu göstərən əmsal (dəfə) göstəricisidir. Nisbi kəmiyyətin bu ifadə formasından, adətən, müqayisə olunan gösrərici müqayisə əsasını təşkil edən göstəricidən çox-çox fərqli olduqda istifadə edilir. Müasir dövrdə nisbi kəmiyyətlərin ən geniş yayılmış ifadə formalarından biri də faizdir. Müqayisə edilən ədədi müqayisə üçün əsas götürülmüş kəmiyyətə bölüb , 100-ə vurduqda nisbi kəmiyyət faizlə ifadə edilmiş olur. Nisbi kəmiyyətlər əhali və səhiyyə statistikasında çox tez-tez promille (ədədin mində biri) və prodesimille ilə (ədədin on mində biri) ifadə olunurlar. Promilledə müqayisə üçün əsas götürülən kəmiyyət 1000-ə, prodesimilledə isə 10000-ə bərabər götürülür."Promille" latınca hər 1000-ə düşən, "prodesimille" isə hər 10000-ə düşən mənasında istifadə edilir. Promilledən əhali statistikasında , prodesimilledən isə səhiyyə(tibb) statistikasında geniş istifadə edilir. Plan tapşırığı nisbi kəmiyyəti hesabat dövrünə nisbətən plan dövrü üçün nəzərdə tutulan göstəricilərin necə dəyişilməsini xarakterizə etmək üçün istifadə edilir.
Nisbi ünvan
Nisbi ünvan (ing. relative address, rus. относительный адрес) — kompüterin yaddaşında yeri başlanğıc nöqtədən (baza ünvanından) olan məsafə (sürüşmə) kimi müəyyənləşdirilən sahə (oyuq). Nisbi ünvanı müəyyənləşdirmək üçün, adətən, baza ünvanının üzərinə sürüşmə əlavə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nisbi üstünlük
Müqayisəli üstünlük məvhumunu iqtisadiyyata David Rikardo tərəfindən gətirilib. O, 1817-ci ildə yazdığı “Siyasi İqtisadın və Vergi qoymanın Prinsipləri” əsərində Birləşmiş Krallıq və Portuqaliya arasındakı misalda bunu izah edib. Belə ki, Portuqaliyada şərab və geyim istehsalı çox ucuz başa gəlir. Əksinə Birləşmiş Krallıqda isə şərab istehsalı çox baha, geyim istehsalı isə orta qiymətlər hesabına istehsal olunur. Birləşmiş Krallıq ölkədəki tələbatı ödəmək üçün Portuqaliyadan ucuz qiymətə olan şərab idxal edir və bunu geyim ilə ödəyir. Beləliklə, yeni alınan şərab geyim qiymətinə başa gəlib ki, bu da ölkədə istehsal olunandan daha ucuzdur. Nəticə etibarı ilə, Böyük Britaniya şərab istehsalını azaldır və işçi qüvvəsi və kapitalı geyim sektoruna yönəldir və ölkə üçün şərab daha ucuz başa gəlir. Portuqaliya isə geyim sektoru istehsalını azaldır və əsas gücü şərab istehsalına yönəldir və ucuz şərab hesabına daha keyfiyyətli geyim əldə edir. İqtisadi ineqrsiyanın ölkələrə verəcəyi üstünlüklərdən biri də budur.
Səhmin bazar qiyməti
Səhmin bazar qiyməti — sövdələşmə tərəfləri sərbəst (məcbur etmədən) və ağlabatan hərəkət etdikdə, səhmlərin mümkün satışı üçün ən çox ehtimal olunan gözlənilən qiymət. Başqa sözlə desək, bazarda səhmlərin alınıb-satıldığı qiymətdir, tələb olarsa, qiymət qalxır; olmasa qiymet ener. Maliyyə lüğəti səhmin bazar dəyərini səhmin alqı-satqısının aparıldığı son qiymət kimi müəyyən edir. Buna görə şirkətin bütün səhmlərinin bazar dəyəri əmlak və maliyyə aktivləri də daxil olmaqla şirkətin ümumi kapitalından onlarla dəfə fərqlənə bilər. Səhmlərin alqı-satqısı prosesində çox vaxt birja brokeri vasitəçi kimi iştirak edir. Əgər şirkətin səhmləri bazarda satılmırsa, o zaman fiziki şəxslər arasında əməliyyatlar səlahiyyətli registratorlar və ya brokerlər vasitəsilə həyata keçirilir (hər ölkədə səhmlərin alqı-satqısının qeydiyyatı üçün öz sistemi mövcuddur). Bazar dəyərinin hesablanması üçün bütün düsturlar investorların gözləntilərdən danışır. Lakin onlar bu gözləntilərin yerinə yetiriləcəyinə heç bir şəkildə zəmanət verə bilməzlər. Nəticədə bazar dəyərinin əsas meyarı bazardır. Bazar qiymətini müəyyən etməyin ən sadə üsulu son 6 ay ərzində səhm alqı-satqı əməliyyatlarının orta çəkili qiymətinin müəyyən edilməsidir.
Nisbi və mütləq rütubətlilik
Atmosferdə 13 min km3 həcmində su vardır.Havadakı suyun əsas hissəsi buxar halında, qalan isə su damcıları və buz halında olur. Havadakı suyun 86%i okean və dənizlərdən , 14%ə qədər isə quru səthdən daxil olur. Havada olan suyun miqdarı rütubətlilik göstəriciləri ilə təyin edilir.Havanın rütubətliliyi onun əsas elementlərindən biridir. Ona görə də havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik göstəriciləri ilə təyin edilir. Mütləq rütubətlilik 1 m3 havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır. O, qramlarla və ya parsial təzyiqin vahidləri ilə ölçülür. Mütləq rütubətlilik temperaturdan asılıdır. Temperatur artdıqca havada olan suyun miqdarı da artdı. Çünki isti havada daha çox buxar saxlamaq qabiliyyətinə malikdir. Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturada doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir.